Bakıda intihara cəhd hadisəsi baş verib.
"Axin.az"in məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Üçüncü mədən adlanan ərazidə 1986-cı il təvəllüdlü Səmədov Vüqar Əsgər oğlu bıçaqla özünə xəsarət yetirib. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.