Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“axin.az” xəbər verir ki, hadisə paytaxtın Füzuli küçəsində qeydə alınıb.
İki minik avtomobilin toqquşması nəticəsində 1993-cü il təvəllüdlü Abdullayev Orxan xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona bud sümüyünün sınığı diaqnozu qoyulub. 27 yaşlı gənc reanimasiyaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.