Göygöl şəhərində qohumlar arasında düşən dava 2 nəfərin xəsarət alması ilə nəticələnib.
axin.az-in Qərb Mərkəzinin məlumatına görə, hadisə Göygöl şəhər Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb.
Yaxın qohumlar arasında hələ ki, məlum olmayan səbəbdən dava olub. Nəticədə 2 nəfər - Şirin Mamayeva və Ələsgər Əliyev müxtəlif bədən xəsarətləri alıb. Onların hər ikisinin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Qeyd edək ki, qohumlar arasında əvvəllər də münaqişə baş verib.
Faktla bağlı araşdırmalara başlanılıb.