2019-cu ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 146 insan alveri və 4 məcburi əmək cinayəti qeydə alınıb.
“Axin.az” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2019-cu il fəaliyyəti haqqında hesabatında qeyd edilib.
Bildirilib ki, 10 nəfərdən ibarət 4 cinayətkar qrup zərərsizləşdirilib. Həmçinin bu hüquqazidd əməllərin qurbanı olan 91 şəxs müəyyən edilib.
Cinayət qurbanlarının hər biri "Təhlükəsiz sığınacağ"a yerləşdirilib.