axin.az

SON DƏQİQƏ

Qubada yanğın törədən şəxs saxlanıldı

27-03-2020, 13:52

Qubada yanğın törədən şəxs saxlanıldıÖtən gün Quba Rayon Polis Şöbəsinə rayonun Rustov kəndi yaxınlığında yerləşən ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan “Axin.az”a verilən xəbərə görə, daxil olan məlumatla əlaqədar polis əməkdaşları hadisənin baş verdiyi əraziyə yollanıblar və yanğının qarşısının alınmasında fəal iştirak ediblər.

Əsasən fiziki qüvvə ilə yanğının qarşısı vaxtında alınıb və alovun miqyasının böyüməməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib.

Şöbə əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həmin ərazidə ehtiyatsızlıqdan quru ot və kolların yanmasına səbəb olan rayonun Qamqam kənd sakini V.Məhsimov saxlanılıb.

Dindirilmə zamanı o, yanğının ehtiyatsızlıq nəticəsində baş verdiyini etiraf edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA