Rusiyanın Sverdlovsk vilayətində morq işçisi meyiti soyub.
Axin.az-in vilayət prokurorluğuna istinadən verdiyi məlumata görə, 32 yaşlı morq işçisi ölmüş qadının zinət əşyalarını oğurlayıb.
Bundan sonra həmin şəxs qızılları lombarda qoyub.
Qızılların mərhumun qızına məxsus olduğu məlum olub. Oğurluq edən şəxs tutulub və günahını tam etiraf edib. Məhkəmə onun barəsində 10 ay müddətinə həbs qərarı verib.