Bakıda xəsarətlə nəticələnən yol qəzası olub.
“Axin.az” xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb.
Nigar Rəfibəyli küçəsində 1983-cü il təvəllüdlü İbrahimov Tural Hacı oğlu idarə etdiyi motosikletlə idarəetməni itirib. Nəticədə motosiklet səkiyə çırpılıb. Hadisə zamanı sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.
Ramin Şahbazov