Bakının Nəsimi rayonu ərazisindəki 2 evdən oğurluq olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Axin.az”a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları əməliyyat keçiriblər.
Əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən 400 manat və 1 500 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Mikayılov saxlanılıb.