Bakıda evlərdən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki 2 evdən 1 960 manat, 6 500 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Məlikov saxlanılıb.