axin.az

SON DƏQİQƏ

Brayantın qəzaya uğradığı helikopterin pilotu qayda pozuntularına yol verib

23-02-2020, 09:00

Brayantın qəzaya uğradığı helikopterin pilotu qayda pozuntularına yol veribBeşqat NBA çempionu Kobi Brayantın qəzaya uğradığı helikopterin pilotu Ara Zobayan daha əvvəllər əlverişsiz meteoroloji şəraitdə uçuş qaydalarını pozub.

Bu barədə “Los Angeles Times” ABŞ Federal Mülki Aviasiya İdarəsi (FAA) tərəfindən yayılan məlumata istinadən xəbər verir.

Nəşr bildirir ki, 2015-ci ildə aviadispetçer hava şəraiti vizual uçuş qaydalarına uyğun olmadığı üçün Zobayanın idarə etdiyi AS350 helikopterinə Los-Anceles hava limanının yaxınlığında hava məkanına daxil olmağı qadağan etmişdi. Qeyd edilir ki, Zobayan bu pozuntuya görə məsuliyyəti öz üzərinə götürmüşdü.

Xatırladaq ki, içərisində məşhur basketbolçu Kobe Brayant və qızı Canna olan helikopter yanvarın 26-da Kaliforniyanın Kalabasas şəhərində qəzaya uğrayıb. Onun göyərtəsindəki 9 nəfərin hamısı həlak olub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA