Astara rayonunun Suparibağ kəndində ümumi sahəsi 32 m² olan tövlənin yanar konstruksiyaları 20 m² sahədə və içərisinə yığılan 3 ton ot bağlamasının 1,5 tonu yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) "Report"a verilən məlumata görə, yanğın zamanı 1 nəfər xəsarət alıb.
Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.