Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Heydər Əliyev prospekti ilə Natəvan küçəsinin kəsişməsində qeydə alınıb. Belə ki, üç avtomobilin toqquşması nəticəsində 3 nəfər Qax sakini - 1990-cı il təvəllüdlü İmran Süleymanov, 1985-ci il təvəllüdlü Elnur Zəkiyev və Rövşən Davudov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır