axin.az

SON DƏQİQƏ

Qısqanc keçmiş ər azərbaycanlı qadını amansızlıqla qətlə yetirdi

16-02-2020, 13:26

Qısqanc keçmiş ər azərbaycanlı qadını amansızlıqla qətlə yetirdiGürcüstanın Qardabani rayonunun azərbaycanlılar yaşayan Qaracalar kəndində kişi keçmiş həyat yoldaşını qətlə yetirib.

“Report” xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, 1986-cı il təvəllüdlü şəxs qısqanclıq zəminində 1996-cı il təvəllüdlü keçmiş həyat yoldaşına evində soyuq silahla ölümcül xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Qadın aldığı yaralardan hadisə yerindəcə ölüb.
Qətli törədən şəxs hadisədən bir neçə saat sonra saxlanılıb. Polis onun cinayət əməlində istifadə etdiyi bıçağı maddi sübut kimi götürüb.

Faktla bağlı qəsdən adamöldürmə maddəsi üzrə cinayət işi açılıb.

Saxlanılan şəxsi 13 ildən 17 ilədək həbs cəzası gözləyir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA