axin.az

SON DƏQİQƏ

5 ulduzlu otelin restoran müdiri avtomobilində ölü tapıldı...

13-02-2020, 22:33

5 ulduzlu otelin restoran müdiri avtomobilində ölü tapıldı...Türkiyə Antalyanın Manavgat mahalında 5 ulduzlu bir oteldə restoran müdiri işləyən Halit Y. 'nin avtomobildə ov tüfəngi ilə vurulmuş cansız bədəni tapılıb.

Axin.az xəbər verir ki, hadisə, səhər saatlarında Manavgatın Sorgun Mahallesinin Acgunu Prospektində meydana gəlib. Yol kənarında dayanan 07 DHC 94 nömrəli avtomobildən silah səslərinin gəldiyini eşidənlər polisə məlumat verib.

Xəbərdarlıqdan sonra hadisə yerinə polis və təcili yardım sövq edilib. Polis sürücünün oturacağında, ayaqları maşından çölə uzanmış və ayaqları arasında ov tüfəngi olan güllə ilə vurulan kişi cəsədi ilə qarşılaşıb.

Cəsədin Halit Y-yə aid olduğu müəyyən edilib. Hadisə yerindəki araşdırmalardan sonra Halit Y.-nin cəsədi müayinə üçün Manavgat Dövlət Xəstəxanasının aparılıb.

Halit Y.-nin intihar etməsi ehtimalını nəzərə alan polis istintaqa başlayıb.

5 ulduzlu oteldə restoran müdiri işləyən Halit Y.-nin 2 övladı - 1 oğlan və 1 qız övladı olduğu bildirilib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829 
DÜNYA