Bakıda mağazadan ətir oğurlanıb.
“Report”un xəbərinə görə, hadisə fevralın 9-da, saat 16 radələrində, paytaxtın Suraxanı rayon, Qaraçuxur qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, naməlum şəxs Bakı şəhər sakini Z.Abbasova məxsus mağazadan ətir oğurlayıb.
Daha sonra Z.Abbasov hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət edib.
Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri müvafiq əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, paytaxt sakini, 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş İlham Mustafayev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.