ABŞ mətbuatında yer alan xəbərə görə, Federal Tətqiqat Bürosu (FTB) məşhur siyasətçi İlhan Ömərlə bağlı araşdırma aparıb.
Axin.az xəbər verir ki, 2009-cu ildə Əhməd Nur Səid Elmi adlı şəxslə ailə quran siyasətçinin şok fırıldaqçılığı üzə çıxıb. Ötən il boşanan cütlüyün doğma bacı-qardaş olduğu məlum olub.
İlhan Ömər deyilənləri təkzib etsə də, FTB agentlərinin ABŞ Miqrasiya İdarəsi və Təhsil Nazirliyindən əldə etdikləri sənədlər siyasətçini fakt qarşısında qoyub.
Bildirilir ki, İlhan Ömər evlilikdə fırıldaqçılıq iddiası ilə istintaq altındadır. O, 5 il azadlıqdan məhrum edilə, həmçinin 250 min dollar cərimələnə bilər.
CNN telekanalı İlhan Ömərin ABŞ-da yaşamaq və təhsil almaq hüququ verən "Yaşıl kart" almaq üçün qardaşı Elmi ilə evləndiyini açıqlayıb.
Qeyd edək ki, İlhan Ömər ABŞ Nümayəndələr Palatasının ilk baş örtüklü üzvüdür.