axin.az

SON DƏQİQƏ

Bakı – Sumqayıt yolunda dəhşətli tıxac: Tbilisi prospektindən Xırdalana qədər - FOTO/VİDEO

14-01-2020, 20:40

Bakı – Sumqayıt yolunda dəhşətli tıxac: Tbilisi prospektindən Xırdalana qədər - FOTO/VİDEOBu gün saat 17:00 radələrindən başlayaraq Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb.

Axin.az xəbər verir ki, tıxac öncə sadəcə Xırdalan dairəsi ətrafında müşahidə olunsa da, sonradan sıxlaşaraq Tbilisi prospektinə qədər uzanıb.

Ərazidə olan əməkdaşımız bildirir ki, “20 Yanvar” dairəsindən “Ekologiya postu”na qədər olan məsafəni 1 saat 40 dəqiqəyə qət edib.

Bundan başqa Sulutəpə dairəsindən Xocahəsən dairəsinə gedən yolda da böyük tıxac yaranıb.

Xocahəsən dairəsində vəziyyət daha acınacaqlı olduğu üçün Sumqayıt yolundan həmin istiqamətə dönən avtomobillər də çətinliklə üzləşiblər. Bu yola dönməkdə çətinlik çəkən bəzi sürücülər ərazidən çıxmaq üçün avtomobillərini arxaya sürərək “Ekologiya postuna” doğru irəliləyiblər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA