axin.az

SON DƏQİQƏ

Hakan Şükür Vaşinqtonda taksi sürür - FOTO

14-01-2020, 11:38

Hakan Şükür Vaşinqtonda taksi sürür - FOTOTürkiyə millisi və "Qalatasaray" klubunun sabiq futbolçusu Hakan Şükür ABŞ-ın paytaxtı Vaşinqtonda taksi sürücüsü işləyir.

Axin.az xəbər verir ki, bu barədə o, "Die Welt" nəşrinə müsahibəsində bildirib.

Dünya çempionatının üçüncüsü olan Hakan Şükür əvvəllər San-Fransiskoda yaşasa da, sonradan Vaşinqtona köçmək məcburiyyətində qalıb.
Hazırda "Uber" taksi şəbəkəsinin üzvü olan sabiq futbolçu bu yolla dolanışığını təmin edir.

Qeyd edək ki, Türkiyənin Sakarya Cumhuriyyət Baş Prokurorluğu ABŞ-da yaşayan keçmiş futbolçu Hakan Şükür və atası Sermet Şükür haqqında saxlanılma qərarı çıxarıb. Onlara qarşı FETÖ-yə (Fethullahçı Terör Örgütü) maddi dəstək verdikləri iddiası irəli sürülüb.

Hakan Şükür Vaşinqtonda taksi sürür - FOTO
Hakan Şükür Vaşinqtonda taksi sürür - FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA