axin.az

SON DƏQİQƏ

Qanunsuz silah saxlayan Zərdab sakini tutuldu - FOTO

13-01-2020, 19:16

Qanunsuz silah saxlayan Zərdab sakini tutuldu - FOTOZərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axin.az-a verilən məlumata görə, rayonun Bəyimli kəndi ərazisində Ucar rayon sakini Əlimirzə Əliyev qanunsuz olaraq üzərində odlu silah saxlamaqda şübhəli bilindiyi üçün tutularaq Zərdab RPŞ-yə gətirilib. Onun əlindəki çantaya hal şahidlərinin iştirakı ilə baxış keçirilən zaman 1ədəd “TOZ” markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

Araşdırma zamanı Ə.Əliyevə məxsus ov silahının müvafiq sənədlərinin olmadığı məlum olub.

Faktla bağlı Zərdab RPŞ-də araşdırma aparılır.

Qanunsuz silah saxlayan Zərdab sakini tutuldu - FOTO
Qanunsuz silah saxlayan Zərdab sakini tutuldu - FOTO
Qanunsuz silah saxlayan Zərdab sakini tutuldu - FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA