axin.az

SON DƏQİQƏ

Avstraliyada yanğında heyvanların sağ qalması üçün bu üsul seçildi - FOTO

13-01-2020, 16:40

Avstraliyada yanğında heyvanların sağ qalması üçün bu üsul seçildi - FOTOAvstraliyadakı meşə yanğınlarından sonra heyvanların və quşların qida tapması çətinləşib.

Münbit torpaq və bitki qatının məhv olması heyvanat aləminin kütləvi tələf olmasına səbəb ola bilər.

“Rosbalt” agentliyi xəbər verir ki, Avstraliyanın Milli Parklar və Vəhşi Təbiət Departamenti sözügedən problemi həll etmək üçün helikopterlər vasitəsilə heyvanlara havadan müxtəlif tərəvəz və bitkilər ataraq onların qidalanmasını təmin etməyə çalışır.

Ölkənin Enerji və Ətraf Mühit naziri Mett Kin məlumat verib ki, min kiloqram yerkökü və şirin kartof Yeni Cənubi Uels ərazisinə çatdırılıb.

Xatırladaq ki, Avstraliyada oktyabr ayından davam edən meşə yanğınları nəticəsində milyarddan çox heyvan tələf olub, minlərlə ev, milyonlarla hektar ərazi yanaraq yararsız hala düşüb.

Avstraliyada yanğında heyvanların sağ qalması üçün bu üsul seçildi - FOTO
Avstraliyada yanğında heyvanların sağ qalması üçün bu üsul seçildi - FOTO
Avstraliyada yanğında heyvanların sağ qalması üçün bu üsul seçildi - FOTO
Avstraliyada yanğında heyvanların sağ qalması üçün bu üsul seçildi - FOTO
Avstraliyada yanğında heyvanların sağ qalması üçün bu üsul seçildi - FOTO
Avstraliyada yanğında heyvanların sağ qalması üçün bu üsul seçildi - FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA