axin.az

SON DƏQİQƏ

Fotomodel kolluqların arasında yarıçılpaq şəkildə tapıldı - Məşhur aktyor nəvəsi ilə...

13-01-2020, 17:00

Fotomodel kolluqların arasında yarıçılpaq şəkildə tapıldı - Məşhur aktyor nəvəsi ilə...21 yaşlı məşhur rusiyalı fotomodel Kseniya Puntus Moskvanın mərkəzində ağır xəsarətlərlə çılpaq vəziyyətdə tapılıb.

MK-nın məlumatına görə, Kseniya rusiyalı məşhur aktyor, kinorejissor Nikita Mixalkovun nəvəsi, 20 yaşlı Andrey Bakovun mənzilinin pəncərəsindən yıxılıb.

Onu ağır vəziyyətdə binanın qapıçısı aşkarlayıb və dərhal təcili yardıma xəbər verib. “Mash” “Telegram” kanalının məlumatına görə, qızın bütün daxili orqanları əzilib, həkimlər onun sınmış sümüklərini hissə-hissə yığıblar. O, həmçinin, kəllə-beyin travması alıb.

Artıq bir neçə əməliyyat keçirən Puntusun heç nəyi xatırlamadığı bildirilir.

“Şüuru yerindədir, ancaq dəqiq heç nə deyə bilmir. Başından aldığı travma ilə əlaqədar Kseniya, demək olar ki, heç nə xatırlamır. Yaxın günlərdə hər şeyin ortaya çıxacağına ümidvarıq”, - deyə qızın agenti Liliya bildirib.

İlkin məlumatlara görə, qız Andrey Bakovun müşayiəti ilə bardan qayıdıb. Kişi içkili vəziyyətdə olub və yatıb. Maraqlıdır ki, tanışları onların münasibətləri barədə xəbərsiz olduqlarını deyirlər.

MK Puntusun kastinq direktoru Dmitri ilə də danışıb. Onun sözlərinə görə, fotomodel çoxdandır ki, Nazar adlı gənclə görüşür.

“Mən cəmi bir neçə ay öncə onları bir yerdə görmüşəm. Mixalkovun nəvəsi barədə isə ilk dəfə bu hadisədən sonra eşitmişəm”, - deyə Dmitri vurğulayıb.

Puntusun dostları da bu məlumatı təsdiqləyiblər.

“Kseniyanı yaxşı tanıyırıq. Andreylə ünsiyyətləri var idi. Ancaq yaxın münasibətdə deyildilər. Bir yerdə isə yaşamırdılar”, - deyə modelin rəfiqəsi Darya bildirib.

Hadisə ilə bağlı istintaqa başlanılıb.

Fotomodel kolluqların arasında yarıçılpaq şəkildə tapıldı - Məşhur aktyor nəvəsi ilə...
Fotomodel kolluqların arasında yarıçılpaq şəkildə tapıldı - Məşhur aktyor nəvəsi ilə...
Fotomodel kolluqların arasında yarıçılpaq şəkildə tapıldı - Məşhur aktyor nəvəsi ilə...
Fotomodel kolluqların arasında yarıçılpaq şəkildə tapıldı - Məşhur aktyor nəvəsi ilə...


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Yanvar 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
DÜNYA