Aparıcı Zülfiyyə Bayramovanın deputatlığa namizədliyi qeydə alınıb.
Axin.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat verib. Zülfiyyə namizədliyini 81 saylı Beyləqan seçki dairəsindən irəli sürüb.
Qeyd edək ki, Z.Bayramova aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşıdır.