axin.az

SON DƏQİQƏ

Xanhüseyn Kazımlının qızı da namizəd oldu - FOTO

9-01-2020, 11:18

Xanhüseyn Kazımlının qızı da namizəd oldu - FOTOV çağırış Milli Məclisin deputatı Xanhüseyn Kazımlının qızı Əsli Kazımova da deputatlığa namizəddir.

Ə. Kazımova namizədliyi 80 saylı İmişli-Beyləqan seçki dairəsindən irəli sürüb. Onun sənədləri DSK-ya ötən gün təqdim olunub.

“Qafqazinfo” məsələ ilə bağlı deputatın özüylə əlaqə saxlayıb. X. Kazımlı namizədliyini irəli sürmədiyini bildirib. Əlavə edib ki, partiya ölkə başçısının kursuna uyğun siyasət müəyyənləşdirir. Gənclərin irəli sürülməsi siyasətini dəstəkləyirlər.

Qeyd edək ki, Ə. Kazımova 11 aprel 1981-ci ildə Bakı şəhərində anadan olub. 2004-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetində çalışır. Hazırda “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının baş müəllimidir.

Xatırladaq ki, həmin dairədən deputatlığa namizədlərdən biri də V çağırış Milli Məclisin deputatı Çingiz Qənizadədir.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA