axin.az

SON DƏQİQƏ

Aqilin acığına bir araya gəldilər - Fotolar

7-01-2020, 20:00

Aqilin acığına bir araya gəldilər - FotolarAktyorlar Elcan Rəsulov və Kəmalə Piriyeva bir müddət əvvəl rejissorluğunu Aqil M.Quliyevin etdiyi "Ər və arvad" serialından qalmaqallı şəkildə ayrılıblar.
Axin.az xəbər verir ki, rejissor aktyorları, aktyorlar isə açıqlamasında rejissoru qeyri-peşəkarlıqda günahlandırıb.

Elcan və Kəmalə yenidən bir araya gələrək, "Ər və arvad"a rəqib olmaq qərarına gəliblər. Belə ki, onlar "1 kişi, 1 qadın" adlı ekran işində rol alacaqlar. Hazırda serialın tanıtım çarxları yayımlanıb. Elcan ekran işinin yaxın günlərdə ATV-də efirə gedəcəyini vurğulayıblar.

Qeyd edək ki, Elcan "Ər və arvad"dan getməsi ilə bağlı "Hardansa getmişəmsə, bilin oradakılar işləmir. Özlərini hər şey etmiş hesab edirlər və yorulublar. İstəmərəm bizim üzümüzdən tamaşaçı yorulsun, baxdığı nəyisə yenidən izləsin. Kəmalə də əcəb edib gedib. Estetik baxımdan yaxşı deyil. Ər və arvad təqdim edilib, digərləri gələndə yaxşı alınmır" açıqlamasını vermişdi.

Aqil M.Quliyev isə "Ər-arvad" dəyişib. İki nəfər yox, daha çox adam olacaq" sözlərini söyləmişdi.

Aqilin acığına bir araya gəldilər - Fotolar
Aqilin acığına bir araya gəldilər - Fotolar


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA