axin.az

SON DƏQİQƏ

Pərvin Abıyevanın sevgilisinin qardaşı öldü - Foto

2-01-2020, 19:38

Pərvin Abıyevanın sevgilisinin qardaşı öldü - FotoAktrisa Pərvin Abıyevanın sevgilisi - keçmiş polis leytinantı Murad Abdullayevin qardaşı Cavid Abdullayev dünyasını dəyişib.

Axin.az xəbər verir ki, 2019-cu ilin dekabrın 31 yatıb, yuxudan oyanmayan Cavidin cənazəsi artıq Bakıya gətirilib.

Qeyd edilir ki, Pərvin Abıyeva, “Miss Azerbaijan-2019” gözəllik yarışmasının qalibi Səmra Hüseynova və hər iki qardaş - Murad və Cavid Abdullayevlər Yeni ili Ukraynanın paytaxtı Kiyev şəhərində yerləşən “CHI club Kiev”də keçiriblər. Amma bayram gecəsi mərhumun nədən vəfat etdiyi hələlik naməlumdur.

Hadisə haqda məlumat yayılandan sonra Pərvin Abıyeva şəxsi instaqram hesabını bağlayıb.

Xatırladaq ki, Murad Abdullayev Pərvin Abıyeva ilə olan görüntülərinə görə işdən çıxarılıb. DİN-in yaydığı rəsmi məlumatda qeyd olunurdu ki, “Polis haqqında” Qanunun və “DİN əməkdaşlarının etik davranış kodeksi”nin müvafiq maddələrinin tələblərini pozaraq dəbdəbəli eyş-işrət məclisi təşkil etməklə müəmmalı həyat tərzi keçirən şəxslərlə birlikdə doğum gününü qeyd edərkən Daxili İşlər Orqanları əməkdaşı olmasını xüsusi qabartdığına, etdiyi polis adına yaraşmayan çılğın hərəkətlərinin yanındakılar tərəfindən qeydə alınaraq internet resurslarında yayılması ilə nəticələndiyinə, polis nüfuzuna xələl gətirdiyinə görə Murad Abdullayev Daxili İşlər nazirinin əmri ilə xidmətdən xaric edilib.

Cavid Abdullayevin ölümü haqda ilk məlumatı Xəbərçi.az səhifəsi yayımlayıb.

Pərvin Abıyevanın sevgilisinin qardaşı öldü - Foto
Pərvin Abıyevanın sevgilisinin qardaşı öldü - Foto


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA