axin.az

SON DƏQİQƏ

İrana müalicəyə gedən ata ilə qızı Lənkəranda qəzaya düşdü: Vəziyyətləri ağırdı - FOTO

1-12-2019, 13:58

İrana müalicəyə gedən ata ilə qızı Lənkəranda qəzaya düşdü: Vəziyyətləri ağırdı - FOTO
Lənkəranda qəza zamanı ata ilə qızı ağır bədən xəsarətləri alıb.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi xəbərə görə, Culfa şəhərində qeydiyyatda olan 55 yaşlı Yaqubov İmran Əli oğlu idarə etdiyi 99-MP-353 dövlət qeydiyyat nömrə nişanlı “VAZ 2107” markalı, avtomobillə Lənkəran rayonunun Girdəni kəndindən keçən magistral yoldan çıxaraq bir neçə metr hündürlükdən torpaq sahəyə düşüb.

Nəticədə sürücü ilə qızı - 26 yaşlı Bakı sakini Yaqubzadə Cəmilə İmran qızı ağır bədən xəsarətləri alıblar.

İran İslam Respublikasına müalicə almaq üçün gedən ata və qızı qəzaya düşdükləri avtomobildən çıxarılaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətiriliblər.

Faktla bağlı araşdırma aparılır.

İrana müalicəyə gedən ata ilə qızı Lənkəranda qəzaya düşdü: Vəziyyətləri ağırdı - FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA