axin.az

SON DƏQİQƏ

Anar Ağakişiyev: Şou-biznesdə bu səviyyədə olmasaydım, məni öldürərdilər - FOTO

30-11-2019, 19:12

Anar Ağakişiyev: Şou-biznesdə bu səviyyədə olmasaydım, məni öldürərdilər - FOTO

Röya ilə çox mehriban dostluq münasibətimiz var.

Oxu.Az xəbər verir ki, bu sözləri dünya şöhrətli stilist və makiyaj ustası Anar Ağakişiyev Xalq artisti Röya Ayxanla küsülülük xəbərlərinə münasibət bildirərkən dilə gətirib. O, Röya ilə 10-15 gün küsülü qaldığını etiraf edib:

Anar Ağakişiyev: Şou-biznesdə bu səviyyədə olmasaydım, məni öldürərdilər - FOTO

“Bu yalnış məlumatlardır. Bilmirəm, nə barışıq nə ayrılıq? Danışmırıqsa, niyə bir-birimizi “Instagram”da izləyək? “Instagram”da kimi izləmədən çıxarıramsa, bilin ki, o adamın üstündən xətt çəkdim. Bizim onunla 10-15 gün küsülüyümüz olub, ondan sonra yenə barışmışıq.

Anar Röya ilə dost olduğunu bildirsə də, Xalq artistinin onu bəzəyən makiyaj ustasının pulunu hər zaman ödədiyini söyləyib:

“Qardaş bacıdan pul alar?! Röya özü dəfələrlə mənə pul verib. Hətta ötən ilin sonu yəni Yeni il gecəsində onu bəzədiyimə görə zərfin içində masanın üstünə pul qoyub getmişdi. O mənim işimi çox yüksək dəyərləndirir.

Yerli sənətçilərlə çalışmayacağam deyəndə istisna olaraq Röyanın, Nanənin, Ruhinin adını çəkdim. Beş nəfər dostum var ki, onlara “yox” deyə bilmərəm”.

“Bu siyahıda Xalq artisti Aygün Kazımovanın adı var?” sualını eşidən Anarın üz ifadəsi 180 dərəcə dəyişdi. O, “növbəti sualınız” deyib, ehmalca sualdan yayındı.

Anar ona badalaq vuran, kələk gəlməyə çalışan həmkarlarından danışıb, onların çirkin əməllərini gün üzünə çıxarıb:

“Məni burada çox adam bəyənmir. Doğru danışanı yeddi kənddən qovarlar. Şou-biznesdə mən bu səviyyədə olmasaydım, məni əzib keçərdilər. Hətta bəlkə də öldürərdilər. O qədər mənə badalaq vuran dırnaqarası həmkarlarım var ki... Xərçəng xəstələri ilə bağlı “Instagram”da paylaşımlar edirəm. Onları öz yanlarına çağırıb, pul təklif edirlər ki, get Anardan tələb et ki, videonu hesabından silsin. İnanın ki, bütün bunlara nifrət edirəm”.



Anar Ağakişiyev redaksiyamızın əməkdaşı ilə söhbətində Azərbaycandan birdəfəlik köçəcəyinin anonsunu da verməyi unutmadı:

“Azərbaycandan Türkiyəyə köçürəm. Buradakı evlərimlə vidalaşıb, İstanbulda yaşamağa gedirəm. Şayiələr yayılıb ki, Anar Azərbaycandan köçüb. Bu dezinformasiyadan başqa bir şey deyil. Mən hazırda Bakıdayam. Müştərilərimdən “beh” almışam. Hamı bu xəbərdən şoka düşüb. Köçmək asan məsələ deyil. Bu bir günün işi deyil. Mən ayda iki-üç dəfə Bakıya gedirəm. İstanbulun düz göbəyində ev almışam. Qonşularımı tanımıram”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Dekabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA