axin.az

SON DƏQİQƏ

Gömrük Komitəsində tenderin qalibi iş başa çatandan sonra açıqlanır - FOTOFAKT

9-09-2020, 12:00

Gömrük Komitəsində tenderin qalibi iş başa çatandan sonra açıqlanır - FOTOFAKTDövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən keçirilən tender müsabiqəsinin (kotirovka sorğusu) qalibinin adı tender müsabiqəsinin icra müddəti başa çatan gün açıqlanıb.
Yeniavaz.com xəbər verir ki, Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə mart ayının 5-də kotirovka sorğusu elan edib. Sorğunun qalibi olan “Euro Brand” MMC 29 aprel – 8 sentyabr tarixləri arasında Gömrük İdarəsinə 9 min 983 manat 25 qəpik dəyərində təsərrüfat malları satıb. Mart ayında baş tutan müsabiqədə “Euro Brand” MMC-nin qalib olduğu da bu gün – 8 sentyabr tarixində açıqlanıb.
Qeyd edək ki, “Euro Brand” MMC daha əvvəl də Gömrük Komitəsinin elan etdiyi tender müsabiqələrində də qalib olub. Belə ki, Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi "Euro Brand" MMC-dən 4 min 995 manat 15 qəpik dəyərində təmizlik və təsərrüfat malları satın alıb. Gömrük Komitəsi və "Euro Brand" MMC arasındakı bu əməkdaşlıqda diqqət çəkən məqam odur ki, Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi kotirovka sorğusunu oktyabr ayının 29-da elan edib. "Euro Brand" MMC isə sorğunun elan olunmasından təxminən ay yarım əvvəl - 12 sentyabr 2019-cu il tarixində dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 5 manat olan "Euro Brand" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 55, m 48-də yerləşir. Şirkətin qanuni təmsilçisi Yəhyayev Orxan Azər oğludur.
Açıq internet resurslarda "Euro Brand" MMC barədə heç bir məlumata rast gəlmək mümkün deyil. Şirkətin qanuni təmsilçisi Yəhyayev Orxan Azər oğlunun ad, soyad və ata adına uyğun olan şəxslə "Muğanbank" ASC tərəfindən borcun ödənilməməsi barədə məhkəmə qarşılaşması olub. "Muğanbank" aldığı ipoteka kreditini ödəmədiyi iddiası ilə Yəhyayev Orxan Azər oğlunu məhkəməyə verib.
Yəhyayev Orxan Azər oğlu eyni zamanda “Global Corporate Sevices” MMC-nin də qanuni təmsilçisidir. Nizamnamə kapitalı 5 manat olan “Global Corporate Sevices” MMC -nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov, ev 189-da yerləşir.

Gömrük Komitəsində tenderin qalibi iş başa çatandan sonra açıqlanır - FOTOFAKT


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Sentyabr 2020    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
DÜNYA