Türkiyəli müğənni Derya Uluğ karantin şərtlərinin yumşaldılmasını fürsət bilərək Muğla ərazisinə istirahətə yollanıb.
Axin.az xəbər verir ki, qırmızı çimərlik geyimi ilə diqqət çəkən müğənni gəmidə lentə alınan şəkillərini sosial şəbəkədə paylaşıb.
İzləyicilərin bir qismi fotoları bəyənsə də, digərləri "Bu nə qabırğalardır", "Yemək ye, qurumusan", "Anoreksiya olmusan" kimi şərhlər yazıblar.
Aktrisa yazılan rəylərə belə münasibət bildirib:
"İnsanların artıq çəkilərinə lağ edib, arıq olduğum üçün mənə "Sümük torbası" deməyiniz böyük ironiyadır. Sağlam olduğum üçün Allaha şükür edirəm, sizin nə düşündüyünüz isə mənim vecimə deyil".
Xatırladaq ki, D.Uluğ 10 il öncə anoreksiya xəstəliyindən əziyyət çəkib.