axin.az

SON DƏQİQƏ

Rusiyalı ulduz ərinin icazəsi ilə açıq-saçıq şəkillərini yaydı - FOTO

23-04-2020, 00:38

Rusiyalı ulduz ərinin icazəsi ilə açıq-saçıq şəkillərini yaydı - FOTO
Rusiyalı pop ulduzu Vera Brejneva açıq-saçıq fotoları ilə gündəmə səs salıb.

Axin.az xəbər verir ki, həmkarları kimi karantin günlərini evdə keçirən sənətçi başını qatmaq üçün fotosessiya etdirib.

O, rəfiqəsi, fotoqraf Katya Kandratiyevanın kamerası önünə keçərək cazibədar və yarıçılpaq pozlar verib.

İdeal və fit bədən quruluşu ilə əks cins nümayəndələrinin diqqətini özünə cəlb edən Vera fotoları ilə kişi izləyicilərin ağlını başdan alsa da, xanım izləyicilərini qəzəbləndirib. Onlar Brejnevanın biri-birindən seksual şəkillərinə tənqidi yanaşıblar.

Zaman-zaman açıq-saçıq fotoları ilə gündəmə gəlməyi bacaran Vera Brejneva tənqid olunub.

O, “Bəli, gözəl bədən quruluşun var, ancaq səni bu formada yalnız ərin görməlidir”, - kimi şərhlərlə üz-üzə qalıb.

Vera Brejneva yazılan tənqid və iradlara “Həyat yoldaşımın icazəsi ilə fotoları paylaşmışam” cavabını verib.

Qeyd edək ki, keçmiş “VİA Qra” pop qrupunun solisti Vera Brejnevanın 19 yaşlı Sonya və 13 yaşlı Sara adlı qızları var.
Rusiyalı ulduz ərinin icazəsi ilə açıq-saçıq şəkillərini yaydı - FOTO
Rusiyalı ulduz ərinin icazəsi ilə açıq-saçıq şəkillərini yaydı - FOTO
Rusiyalı ulduz ərinin icazəsi ilə açıq-saçıq şəkillərini yaydı - FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA