Dört ildir davam edən boşanma prosesi nəticələnməsə də dünyaca məşhur sənətçilər Bred Pitt və Ancelina Coli beş övladının təhsili ilə bağlı razılaşmağa qərar verib.
Axin.az xəbər verir ki, 56 yaşlı Pitt və 44 yaşlı eks-həyat yoldaşı Coli bununla bağlı sənədləri məhkəməyə təqdim edib.
Beşi 18 yaşdan aşağı olan uşaqları 16 yaşlı Maks, 15 yaşlı Zahara, 13 yaşlı Şilo, 11 yaşlı əkizlər Knoks və Vivien bundan sonra evdə repititordan dərs almayacaq. Əksinə, ənənəvi təhsil metodundan yararlanacaq. Coli və Bredin 18 yaşlı böyük övladı Maddoks isə bu qərardan kənarda qalıb.
Qeyd edək ki, 14 il evli qalan cütlüyün altı övladı Coli və Pittin işlərinə görə dünyanın bir çox şəhərində dayələr və müəllimlər tərəfindən evdə təhsil alıb.
A.Coli 2017-ci ildə verdiyi müsahibədə evdə dərs almağın məktəb təhsilindən daha dolğun olduğunu dilə gətirmişdi.
Onu da bildirək ki, 2016-cı ildən davam edən məhkəmə prosesində qəyyumluq məsələsi həll olunsa da, maddi tərəflər hazırda sonlandırılmaq ərəfəsindədir.
Cütlük 14 il ərzində xeyli sayda ortaq mülk satin alıb. Bredin sərvətinin dəyəri 300 milyon dollar, Colinin isə 100 milyon dollar olduğu bildirilir.