axin.az

SON DƏQİQƏ

Mehriban Əliyevanın tapşırığı ilə sosial xidmət müəssisəsi tibbi ləvazimatlarla təmin edildi - FOTO

1-04-2020, 14:54

Mehriban Əliyevanın tapşırığı ilə sosial xidmət müəssisəsi tibbi ləvazimatlarla təmin edildi - FOTOƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində yaşlı, ahıl sakinlərin koronavirus (COVİD-19) infeksiyasından qorunması, onların sağlamlığının etibarlı mühafizəsi üçün ciddi profilaktik işlər aparılır.

Nazirlikdən verilən məlumata görə, Heydər Əliyev Fondu digər sosial xidmət müəsissələri kimi, bu müəssisəni də daim öz himayəsində saxlayır.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Fond tərəfindən Bakı və regionlardakı körpələr və uşaq evlərinə, internat məktəblərinə, Uşaq Psixonevroloji Mərkəzinə, bütün sosial xidmət müəssisələri, o cümlədən, Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsi də koronavirusla mübarizə tədbirləri çərçivəsində dezinfeksiyaedici vasitələrlə, maskalar və digər qoruyucu vasitələrlə təmin edilib.

Xüsusilə yaşlı insanların koronavirusa yoluxma riskinin yüksək olduğu nəzərə alınmaqla müəssisədə dövlət himayəsində yaşayan yaşlı, ahıl vətəndaşların infeksiyadan qorunmasına Fond tərəfindən xüsusi diqqət yetirilir.

Nazirlər Kabineti yanında operativ qərargahın mövcud qaydalarının, sosial təcrid rejiminin burada tətbiq olunmasına zəruri təşkilati dəstək göstərilib. Müəssisənin sakinləri tez-tez müayinələrdən keçirilir, onlara və işçi heyətə infeksiyadan qorunma qaydaları barədə məlumatlar verilir.

Burada çalışan işçilərin müəssisədən kənar mühitlə təmasları məhdudlaşdırılıb, uzunmüddətli növbəli sistem qurulub.

Profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə burada sanitar-gigiyenik vəziyyətə də ciddi nəzarət həyata keçirilir.

Sosial xidmət müəssisəsində pensiya yaşına çatmış 235 şəxs daimi dövlət təminatında yaşayır.

Mehriban Əliyevanın tapşırığı ilə sosial xidmət müəssisəsi tibbi ləvazimatlarla təmin edildi - FOTO
Mehriban Əliyevanın tapşırığı ilə sosial xidmət müəssisəsi tibbi ləvazimatlarla təmin edildi - FOTO
Mehriban Əliyevanın tapşırığı ilə sosial xidmət müəssisəsi tibbi ləvazimatlarla təmin edildi - FOTO
Mehriban Əliyevanın tapşırığı ilə sosial xidmət müəssisəsi tibbi ləvazimatlarla təmin edildi - FOTO
Mehriban Əliyevanın tapşırığı ilə sosial xidmət müəssisəsi tibbi ləvazimatlarla təmin edildi - FOTO
Mehriban Əliyevanın tapşırığı ilə sosial xidmət müəssisəsi tibbi ləvazimatlarla təmin edildi - FOTO
Mehriban Əliyevanın tapşırığı ilə sosial xidmət müəssisəsi tibbi ləvazimatlarla təmin edildi - FOTO
Mehriban Əliyevanın tapşırığı ilə sosial xidmət müəssisəsi tibbi ləvazimatlarla təmin edildi - FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA