axin.az

SON DƏQİQƏ

Azərbaycan Dövlət Rəsm Qalereyası AXIN Könüllü Proqramına start verir.

16-03-2020, 11:38

Azərbaycan Dövlət Rəsm Qalereyası AXIN Könüllü Proqramına start verir.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2019-cu ildə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında sərəncam imzalamışdır. Könüllü insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır.
Bütün bunları nəzərə alaraq Azərbaycan Dövlət Rəsm Qalereyası AXIN könüllü proqramına start verir. AXIN könüllülük proqramına AXIN üzvü olan istənilən yaradıcı düşüncə qabiliyyətinə və komandayla işləmə bacarığına malik olan sənətsevərlər qoşularaq həm Ölkə incəsənətinin inkişafında müəyyən rola sahib ola, həm də öz idealarını gerçəkləşdirərək təşklati bacarıqlarını, sosial münasibətlərini inkişaf etdirə bilər.
AXIN üzvü olan hər bir şəxs AXIN könüllü proqramına qoşula bilər.Müsabiqənin ilkin mərhələsində iştirak etmək istəyən üzvlər AXIN Kart nömrələrini və ətraflı şəkildə yazılmış bioqrafiyalarını Azərbaycan Dövlət Rəsm Qalereyasının Muzey Mərkəzində yerləşən ofisinə təqdim etməlidir ( 1-ci mərtəbə, 11-ci otaq). Birinci mərhələdən uğurla keçən şəxslər musahibəyə dəvət olunacaq və namizədlərin sosial intellekti, kommunikativ bacarıqları və komanda ilə işləmə bacarıqları yoxlanılacaqdır. Sonda seçilən AXIN könüllüləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Azərbaycan Dövlət Rəsm Qalereyasının birgə həyata keçirtdiyi, eləcə də, AXIN üçün nəzərdə tutulan tədbirlərin təşkilati işlərində yaxından iştirak edə biləcəklər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA