axin.az

SON DƏQİQƏ

Hollivud ulduzu zorlamada ittiham olunan prodüserlə yaşadığı şokdan danışdı - FOTO

13-03-2020, 17:47

Hollivud ulduzu zorlamada ittiham olunan prodüserlə yaşadığı şokdan danışdı - FOTO
Dünən Nyu-York Məhkəməsi 67 yaşlı kinoprodüser Harvi Vaynşteyni cinsi cinayətlərdə və zorlamada təqsirli bilərək, 23 il müddətinə azadlıqdan məhrum edib. Xəbərə artıq Vaynşteynin qurbanlarından olan aktrisalar, o cümlədən Eşli Cadd, Rozanna Arkett, Rouz Makhouen reaksiya verib.

46 yaşlı Hollivud ulduzu Keyt Bekinseyl də onların sırasına qoşularaq, bu xəbərdən rahatlandığını etiraf edib və 2000-ci illərin əvvəlində baş verən hadisədən danışıb.

Həmin vaxt prodüser aktrisadan “Serendipity” filminin təqdimatına gəlməsini tələb edib. Tədbir 2001-ci ilin 11 sentyabr hadisəsindən cəmi bir neçə həftə sonra keçirilirdi. Bu səbəbdən ölən insanların doğmalarına ehtiram əlaməti kimi Bekinseyl qırmızı xalıya ağ rəngli sadə kostyum geyinib.

“Səhəri gün Harvi mənə zəng edərək evinə qonaq çağırdı. O, öz qızı ilə oynaması üçün məni qızımla birlikdə dəvət etmişdi. Biz evə girəndə o, dərhal dayəni çağıraraq uşaqları başqa otağa yolladı. Qapılar bağlanan kimi isə mənim üstümə qışqırmağa başladı: “Sən axmaq... Mənim bütün tədbirimi pozdun! Əgər mən təqdimat keçirirəmsə, sən dar paltar geyinməli və... Yoxsa ki, axmaq lesbiyanlar kimi tədbirə gəlmək lazım deyildi”, - deyə aktrisa olanları xatırlayıb.

Onun sözlərinə görə, prodüserin bu hücumları qarşısında ağlamağa başlayıb və ölkə üçün belə həssas dövrdə açıq-saçıq geyimdə tədbirə qatılmağın düzgün olmadığını anlatmağa çalışıb. Vaynşteyn isə bu məsələnin onun üçün önəmli olmadığını deyib.

“23 il müddətinə azadlıqdan məhrum olduğunu eşidəndə təcavüz etdiyi bütün qadınların adından yüngüllük hiss elədim”, - deyə aktrisa bildirib.


Hollivud ulduzu zorlamada ittiham olunan prodüserlə yaşadığı şokdan danışdı - FOTO
Hollivud ulduzu zorlamada ittiham olunan prodüserlə yaşadığı şokdan danışdı - FOTO
Hollivud ulduzu zorlamada ittiham olunan prodüserlə yaşadığı şokdan danışdı - FOTO
Hollivud ulduzu zorlamada ittiham olunan prodüserlə yaşadığı şokdan danışdı - FOTO
Hollivud ulduzu zorlamada ittiham olunan prodüserlə yaşadığı şokdan danışdı - FOTO
Hollivud ulduzu zorlamada ittiham olunan prodüserlə yaşadığı şokdan danışdı - FOTO
Hollivud ulduzu zorlamada ittiham olunan prodüserlə yaşadığı şokdan danışdı - FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA