axin.az

SON DƏQİQƏ

Nəriman Abbasovun çempionluq kəmərini müdafiə etmək üçün rəqibi bilindi - FOTO

13-03-2020, 11:06

Nəriman Abbasovun çempionluq kəmərini müdafiə etmək üçün rəqibi bilindi - FOTO

TT döyüş və “Qəbələ” idman klubunun MMA döyüşçüsü Nəriman Abbasov apreldə “Fight Nights Global” çempion kəmərinin ilk müdafiəsini keçirəcək.

Axin.az xəbər verir ki, bu, Azərbaycan MMA-nın 2020-ci ildəki ən gözlənilən hadisəsidir.

Nəriman Mixail Qoqitidze ilə döyüşdə ən güclü yüngül çəkili adını müdafiə etməyə çalışacaq.

Milliyyətcə gürcü olan, ancaq Rusiya vətəndaşı olan Qoqitidze indiyədək 20 döyüş keçirib. 30 yaşlı idmançı bunlardan 14-də qələbə qazanıb, altısında məğlub olub.

Nəriman Abbasovda isə indiyə olan göstərici 24 qələbə və üç məğlubiyyətdir. 26 yaşlı idmançımız ardıcıl doqquz görüşdür ki, döyüşlərdən qalib ayrılır.

Nəriman Abbasovun çempionluq kəmərini müdafiə etmək üçün rəqibi bilindi - FOTO
Nəriman Abbasovun çempionluq kəmərini müdafiə etmək üçün rəqibi bilindi - FOTO


Döyüş aprelin 18-də Moskvada “Fight Nights Global 98” turniri çərçivəsində baş tutacaq. Turnirə hazırlıq məşqçi Şəhriyar Abbasovun rəhbərliyi altında aparılır. Təlim-məşq toplanışları Əbdülmanaf Nurməhəmmədov adına Akademiyada və Tailanddakı nüfuzlu “Tiger Muay Thai & MMA” düşərgəsində keçirilib.

Qeyd edək ki, bu döyüşçülər artıq bir dəfə üz-üzə gəlib. Onlar 2018-ci ilin oktyabrın 19-da “Fight Nights Global 90” turniri çərçivəsində görüşüb və döyüş birinci raundda Nəriman Abbasovun xeyrinə başa çatıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA