axin.az

SON DƏQİQƏ

Xəzər rayonunda qaz xəttində qəza baş verib - FOTO

12-03-2020, 13:23

Xəzər rayonunda qaz xəttində qəza baş verib - FOTOXəzər rayonunda təbii qazın verilişi müvəqqəti olaraq dayandırılıb.

Axin.az xəbər verir ki, buna səbəb paytaxtın Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz ərazisi adlanan yerdə qəzanın baş verməsidir.

Belə ki, bu gün səhər saatlarında sözügedən ərazidə Rusiya Federasiyasına məxsus dövlət nömrə nişanlı “Volvo” markalı yük avtomobili qəza törədib. Qəza nəticəsində diametri 273 mm olan orta təzyiqli qaz xətti qırılıb.

Kəmərin 20 metrlik hissəsi dayaqlardan düşüb və qaynaq yerindən aralanıb. Təhlükəsizlik tədbirləri olaraq qaz sızmasının qarşısını almaq üçün təqribən 9 minə yaxın abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Ərazidə təcili bərpa işləri aparılır.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA