axin.az

SON DƏQİQƏ

Azərbaycanlı aktyor beş günlük övladının şəklini paylaşdı - FOTO

9-03-2020, 09:30

Azərbaycanlı aktyor beş günlük övladının şəklini paylaşdı - FOTO
Xəbər verdiyimiz kimi, Bakı Bələdiyyə Teatrının aktyoru Tural Əhməd növbəti dəfə ata olub.

Aktyor beş günlük övladı ilə çəkilmiş fotosunu sosial media hesabında paylaşaraq yazıb:
“Xoş gəldin dünyaya, xoş gəldin yanımıza, xoş gəldin aramıza... Turqayım dünyaya gələndə dərk edə bilmirdim, hisslərim qarışıq idi, yavaş-yavaş yaşadım bu atalıq hisslərini. Amma Turqayımdan səkkiz il sonra sənin doğulmağın mənə birbaşa atalıq hislərini yaşada bildi. Səni doğulmamışdan çox istəyirdim, doğulandan sonra da bu istəyin gerçək olduğunun şahidi oldum. Dədəm Qorqud demişkən, adını Turan qoydum, yaşını tale versin. Adınla ucalasan, adınla yüksələsən, adınla böyük olasan, əziz oğlum. Sən bizim həyatımıza nə tez, nə də gec gəldin. Sən elə öz yerini bilib vaxtında gəldin bu dünyaya. Elə bir ömür yaşayasan ki, mən Turanın dövründə yaşamışam desinlər... Gəlişin mübarək olsun, Turanım”.

Qeyd edək ki, Tural "Ata ocağı", "Qara yazı", "Vicdan haqqı", "Həyat varsa", "Sirr", "Son hədd" kimi seriallarla məşhurlaşıb.

Azərbaycanlı aktyor beş günlük övladının şəklini paylaşdı - FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA