axin.az

SON DƏQİQƏ

Avtobuslarda dezinfeksiya tədbirləri davam etdiriləcək - FOTO

8-03-2020, 16:46

Avtobuslarda dezinfeksiya tədbirləri davam etdiriləcək - FOTOKoronovirus (COVİD-19) xəstəliyinin yayılmasının qarşısının alınması məqsədilə ictimai nəqliyyatda əksepidemik tədbirlər davam etdirilir.

"Axin.az" xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, son bir həftə ərzində həyata keçirilən tədbirlər çərçivəsində Bakı şəhərinin inzibati ərazisində müntəzəm marşrutlar üzrə istismar edilən bütün avtobuslarda (ümumilikdə 2 100 ədəd) dezinfeksiya tədbirləri həyata keçirilib.


İstehsalat bazasında həyata keçirilən dezinfeksiya işləri ilə yanaşı, dərman preparatlarının təsiri nəzərə alınmaqla avtobuslar gün ərzində son dayanacaq məntəqələrində də təmizlənir.

Taksi ilə daşımaları həyata keçirən hüquqi və fiziki şəxslər (20 şirkət üzrə) tərəfindən 2 462 ədəd nəqliyyat vasitəsində dezinfeksiya işləri aparılıb.


Əksepidemik tədbirlər qarşıdakı günlərdə də davam etdiriləcək.

Bununla yanaşı, sərnişinlərə ictimai nəqliyyatdan istifadə edərkən özlərini və başqalarını xəstələnməkdən qorumaq baxımından vacib olan qaydalara əməl etmələrini xahiş edilir. ÜST və TƏBİB tövsiyələri əsasında hazırlanan təlimatla Bakı Nəqliyyat Agentliyinin sosial şəbəkələrdəki rəsmi hesablarında, "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində və müntəzəm marşrut avtobuslarında tanış olmaq mümkündür.

Avtobuslarda dezinfeksiya tədbirləri davam etdiriləcək - FOTO
Avtobuslarda dezinfeksiya tədbirləri davam etdiriləcək - FOTO
Avtobuslarda dezinfeksiya tədbirləri davam etdiriləcək - FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA