axin.az

SON DƏQİQƏ

Şirəliyevin qızı 6 ay əvvəl vəzifədən azad edilib - Fotofakt

5-03-2020, 12:55

Şirəliyevin qızı 6 ay əvvəl vəzifədən azad edilib - FotofaktSəhiyyə naziri Oqtay Şirəliyevin qızı Nərmin Şirəliyeva ötən ilin semtyabrında Moskva vilayətinin Mədəniyyət naziri vəzifəsindən azad edilib.

Bu fakt Axin.az-ın araşdırmaları nəticəsində üzə çıxıb. Lakin Azərbaycan mediası Nərmin Şirəliyevanın işdən çıxarılması barədə xəbəri dünən tirajlayıb və ictimaiyyət bu olayın dünən baş verdiyi barədə qənaət formalaşıb.

Rusiya KİV-lərində gedən xəbərlərdə də Nərmin Şirəliyevanın işdən çıxarılması 2019-cu ilin sentyabrına təsadüf edir. Həmin materiallarda Moskva vilayətinin qubernatoru Andrey Vorobyovun Nərmin Şirəliyavın tutduğu vəzifədən azad edilməsi barədə əmrinin fotosu da əks olunub. Əmr 10 sentyabr 2019-cu il tarixdə verilib. Sənəddə qeyd edilib ki, Nərmin Şirəliyeva öz xahişi ilə işdən çıxarılır.

Oqtay Şirəliyevin qızı bu posta 2018-ci ilin sentyabrında təyin edilmişdi.

Nərmin Şirəliyevanın 6 ay əvvəl işdən çıxarıldığını sübut edən daha bir fakt isə onu əvəzləyən Yelena Xarlamovanın təyinatıdır. Bu təyinat da 2019-cu ilin sentyabrında baş tutub.

Şirəliyevin qızı 6 ay əvvəl vəzifədən azad edilib - Fotofakt


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA