axin.az

SON DƏQİQƏ

Ana və qızı təyyarədə pilota hücum etdi - FOTO

4-03-2020, 15:12

Ana və qızı təyyarədə pilota hücum etdi - FOTO53 yaşlı Meri Roberts və qızı 23 yaşlı Henrietta Mitayare təyyarədə pilota hücum edərək, onu döyüblər.

“Independent”in məlumatına görə, buna səbəb heyət üzvlərinin uşaq arabasını təyyarəyə mindirməkdən imtina etmələri olub.

Hadisə “Swiss Air” aviaşirkətinin Sürix-London reysi ilə uçan təyyarəsində qeydə alınıb.

Bildirilir ki, Roberts stüardessalardan uşaq arabasını təyyarəyə aparmağa icazə istəyib. Heyət üzvləri arabanı təyyarənin yük yerinə göndərib.

Sərnişinlə stüardessalar arasında mübahisə başlayıb. Bu vaxt pilot kabinədən çıxaraq, onlardan sakitləşmələrini istəyib. Lakin ana və qız əsəbiləşərək ona hücum ediblər.

Mübahisə məhkəməyə müraciət edilməsi ilə nəticələnib.


Ana və qızı təyyarədə pilota hücum etdi - FOTO
Ana və qızı təyyarədə pilota hücum etdi - FOTO
Ana və qızı təyyarədə pilota hücum etdi - FOTO
Ana və qızı təyyarədə pilota hücum etdi - FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA