axin.az

SON DƏQİQƏ

İcra başçısının tutulan müavininin bacısı da yüksək vəzifədədir - FOTO

22-02-2020, 13:33

İcra başçısının tutulan müavininin bacısı da yüksək vəzifədədir - FOTODövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Neftçala Rayon İcra Hakimiyyəti başçısının müavini Gültəkin Sadıqovanın bacısı məktəb direktorudur.

Axin.az-ın xəbərinə görə, onun bacısı Aytəkin Mahmudovadır.

A.Mahmudova Neftçalada Mehman Səfərov adına İnteqrasiya təlimli İnternat tipli gimnaziyanın direktorudur.
Xatırladaq ki, DTX-nin keçirdiyi əməliyyatla Neftçalanın icra başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, icra başçısının digər müavini Gültəkin Sadıqova, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov saxlanılıblar.

İcra başçısının tutulan müavininin bacısı da yüksək vəzifədədir - FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA