axin.az

SON DƏQİQƏ

Bakıda 18 milyon manata villa satılır - FOTO

14-02-2020, 14:38

Bakıda satılan bəzi villaların qiymətləri dodaq uçuqladır, desək, yanılmarıq.

Axin.az xəbər verir ki, qiymətlər beş milyondan 18 milyon manata qədərdir. 

Bakıda hazırda satılan ən baha villa 18 milyon manatadır. Əmlak Sabunçu rayonu Bilgəh bağları deyilən ərazidədir. Əmlakın ümumi sahəsi 1700 kv.m.-dir.

 

Bundan başqa, Bakının Səbail rayonu, Badamdar qəsəbində 10 milyon manata villa satılır. Villanı qeyri-adi edən onun xüsusi lahiyə əsasında tikilməsidir. 

Paytaxtın mərkəzində Tbilisi prospektində 25 sot ərazidə tikilən dördmərtəbəli villa isə yeddi milyon manata satılır. 

Yasamal rayonu, "Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında yerləşən villa isə 5 950 000 manata satılır. 

Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsində isə 5,7 milyon manata villa satışa çıxarılıb.

Şəhərin Mərdəkan və Bilgəh qəsəbələrində, Nərimanov, Səbail və Nizami rayonlarında qiyməti beş milyon manat olan villalar satışa çıxarılıb. 


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829 
DÜNYA