axin.az

SON DƏQİQƏ

"Qarabağ"a keçidi alınmadı, sevgilisindən imtina etdi, başqa qadınla yaxalandı - FOTO

10-02-2020, 16:55

"Qarabağ"a keçidi alınmadı, sevgilisindən imtina etdi, başqa qadınla yaxalandı - FOTOQış transfer dönəmində "Qarabağ"a keçidi son anda baş tutmayan "Fənərbaxça"nın yarımmüdafiəçisi Alper Potuk Türkiyədə diqqət mərkəzinə düşüb.

Axin.Az xəbər verir ki, Istanbul klubu tərəfindən çempionatın iştirak ərizəsinə salınmayan futbolçu gününü əylənməklə keçirir.

Yaşıl meydanlardan uzaq qalan Alper eşq həyatına "yelkən açıb". Aktrisa Tuvana Türkaydan ayrılan orta sahə oyunçusu gecə klubundan çıxarkən paparazzilərin obyektivinə tuş gəlib.

Yeni sevgilisi ilə yaxalanan Alper jurnalistləri görüncə şoka düşüb və "xanımı tanımıram" deyərək, evinə yollanıb. Bir neçə dəqiqə əvvəl onunla əl-ələ olan gözəl sevgilisi isə marketə qaçmaqla canını qurtarıb.

Alper Potuk Türkiyənin gecə klublarında ən çox vaxt keçirən futbolçularından biri kimi tanınır.

"Qarabağ"a keçidi alınmadı, sevgilisindən imtina etdi, başqa qadınla yaxalandı - FOTO
"Qarabağ"a keçidi alınmadı, sevgilisindən imtina etdi, başqa qadınla yaxalandı - FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
DÜNYA