axin.az

SON DƏQİQƏ

Dostunun ad günündə yediyi tort boğazında ömürlük iz qoydu - FOTO

10-02-2020, 11:00

Dostunun ad günündə yediyi tort boğazında ömürlük iz qoydu - FOTODostunun ad günündə yediyi tortdan sonra halı pisləşən şəxs xəstəxanada müayinədən sonra heyrətə düşüb. Belə ki, rentgen görüntülərində onun boğazında iynə olduğu müəyyənləşib.

“HaberGlobal”ın məlumatına görə, hadisə Türkiyənin Kahramanmaraş şəhərində baş verib.

Ramazan Orçan olanları belə xatırlayır:

“Tortu ofisiant gətirdi. Yedikdən sonra boğazımda nəyinsə ilişdiyini hiss etdim. Əvvəlcə şokolad parçası hesab etdim və udqunmağa başladım, su içdim, amma orada ilişib qalmışdı. Daha sonra məni öskürək tutdu və nəfəs ala bilmədim. Xəstəxanaya gətirildim, rentgen görüntüləri çəkdilər, iynəni müəyyənləşdirdilər”.

Onun sözlərinə görə iynəni bir neçə dəfə endoskopiya ilə çıxarmağa çalışsalar da, alınmayıb. Nəticədə əməliyyat olunmaq məcburiyyətində qalıb.

“Hazırda yeməyə icazə vermirlər, sadəcə sistem köçürürlər”, - deyə, o bildirib.

Zərərçəkən xəstəxanadan çıxdıqdan sonra məhkəməyə müraciət edəcəyini bildirib.

Dostunun ad günündə yediyi tort boğazında ömürlük iz qoydu - FOTO
Dostunun ad günündə yediyi tort boğazında ömürlük iz qoydu - FOTO


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA