axin.az

SON DƏQİQƏ

“Victoria Secret”in 30 modeli təcavüzə məruz qalıb

4-02-2020, 18:00

“Victoria Secret”in 30 modeli təcavüzə məruz qalıbDünyanın ən populyar “Victoria's Secret Fashion” şousunun nümayişinə son qoyulması haqqında bəyanatdan sonra daha bir səs-küylü qalmaqal yaşanıb.

Axin.az xəbər verir ki, alt paltarı brendinin eks-marketinq direktoru Ed Razekin dəfələrlə modellərə hədə-qorxu gələrək onlara təcavüz etdiyi məlub olub.

Bu barədə “The New York Times” nəşri araşdırma apardıqdan sonra məlumat yayıb.

Markanın 30-a yaxın modeli uzun illər ərzində rəhbərliyin zorakılığından və təcavüzündən əziyyət çəkdiklərini etiraf ediblər.

Təcavüzə məruz qalanlar arasında məşhur modeller Alisa Miller və Bella Hadid də var.

Ed özü isə bu barədə yayılan bütün ittihamları təkzib edib.

Qeyd edək ki, eks-marketinq direktoru Ed Razek 36 il moda sahəsində işləyib və 2019-cu ilin avqustunda təqaüdə çıxıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
DÜNYA