axin.az

SON DƏQİQƏ

Çindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşlarında koronavirus aşkarlanmayıb

3-02-2020, 17:41

Çindən Türkiyəyə təxliyə edilən Azərbaycan vətəndaşlarında koronavirus aşkarlanmayıbÇinin Uhan vilayətindən Türkiyəyə təxliyə edilən şəxslərdə koronavirus aşkarlanmayıb.

APA xəbər verir ki, bu barədə Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan jurnalistlərə açıqlamasında bildirib.


“Çindən Türkiyəyə təxliyə edilən Türkiyə, Azərbaycan, Gürcüstan və Albaniya vətəndaşları hazırda karantin altındadırlar. Hazırkı məlumata əsasən, onların heç birində koronavirus aşkarlanmayıb. Təxliyə edilən şəxslər həkim nəzarətindədirlər”, - deyə F. C. Yazqan qeyd edib.

Xatırladaq ki, Türkiyəyə məxsus ambulans-təyyarə yanvarın 31-də Çinin koronavirus yayılan Uhan şəhərinə yola düşüb. Fevralın 1-də təyyarə ilə ümumilikdə 42 nəfər təxliyə edilib ki, onlardan 32 nəfəri Türkiyə, 6 nəfəri Azərbaycan, digərləri isə Albaniya və Gürcüstan vətəndaşları olub.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Avqust 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
DÜNYA