"Ömercik" ləqəbi ilə bir çox filmə imza atan və "Yeşilçam"a damğasını vuran məşhur aktyor Ömər Dönməz 61 yaşında dünyasını dəyişib.
Axin.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə aktyorun bacısı oğlu sosial şəbəkə hesabında məlumat verib.
Qeyd edək ki, 1959-cu ildə dioğulan Ömər Dönməz ilk dəfə 4 yaşında kamera qarşısına keçib. 60-70-ci illərdə 40-a yaxın filmdə rol alan aktyor "Ömercik" ləqəbi ilə böyük şöhrət qazanıb. O, qohumu Ayşeciklə birgə "Yedi Cüceler ve Pamuk Prenses", "Ayşecikle Ömercik", "Hayat Sevince Güzel" kimi filmlərdə iştirak edib.