ABŞ-ın “Starbucks” şirkəti koronavirusla bağlı Çindəki kafelərinin yarısını bağlayıb.
“Axin” CNN-ə istinadən xəbər verir ki, bu barədə şirkətin beynəlxalq satışlar üzrə rəhbəri Con Kalver məlumat verib.
O, “Starbucks”ın Çində, demək olar ki, hər gün bir kafesinin bağlandığını və indiyədək 4300-ə yaxın kafenin fəaliyyətini dayandırdığını vurğulayıb.
Bundan başqa, “Starbucks”ın hazırda fəaliyyət göstərən kafelərinin məhdud menyu təklif edəcəkləri və bu tədbirlərin müvəqqəti olacağı bildirilib.
Eyni zamanda kafelərin bağlanmasının şirkətin illik maliyyə göstəricilərinə önəmli şəkildə təsir göstərəcəyi də vurğulanıb.
Qeyd edək ki, “Starbucks” şirkəti, əsasən, kofe satışı ilə məşğuldur.