axin.az

SON DƏQİQƏ

Çində koronavirusa yoluxanların sayı 1975-ə, ölənlərin sayı 56-ə çatıb - YENİLƏNİB-2

26-01-2020, 10:00

Çində koronavirusa yoluxanların sayı 1975-ə, ölənlərin sayı 56-ə çatıb - YENİLƏNİB-2

Çində koronavirusa yoluxanların sayı artıb.

"Report"un məlumatına görə, bu barədə Çinin Səhiyyə üzrə Dövlət Komitəsi xəbər yayıb.

Məlumata görə, pnevmaniyanın yeni növünə yoluxanların sayı 1975 nəfərə çatıb. Qeyd edilir ki, koronavirusdan ölənlərin sayında da artım qeydə alınıb. Belə ki, artıq 56 nəfər yeni virusun qurbanı olub.

Komitənin məlumatına görə, xəstəliyə yoluxmuş 324 nəfərin vəziyyəti ağırdır.

Daha əvvəl koronavirusa yoluxanların sayının 1743 nəfərə çatdığı, 54 nəfərin öldüyü bildirilirdi.

Koronavirusa yoluxma həmçinin Avstraliyada, Vyetnamda, Malayziyada, Nepalda, Koreya Respublikasında, Sinqapurda, ABŞ-da, Tailandda, Fransada və Yaponiyada qeydə alınıb.

***04:00

Çində koronavirusa yoluxanların sayı artıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyət bildirib.

Məlumata görə, koronavirusa yoluxanların sayı 1743 nəfərə çatıb. Onlardan 54-ü ölüb.

Daha əvvəl 1372 nəfərin xəstəliyə yoluxduğu, 41 nəfərin öldüyü bildirilirdi.

***19:15

Çinin müxtəlif ərazilərində koronavirusa yoluxanların sayı artıb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli hakimiyyətə istinadən Çinin Mərkəzi televiziyası bildirib.

Məlumata görə, koronavirusa yoluxanların sayı 1372 nəfərə çatıb.

Telekanalın məlumatına görə, hazırda Çində 1372 nəfərdə pnevmaniyanın yeni növü qeydə alınıb. Onlardan 41-i ölüb, daha 39 nəfər sağalıb və xəstəxanalardan buraxılıb.

Daha əvvəl 1287 nəfərin xəstəliyə yoluxduğu bildirilirdi.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
DÜNYA