axin.az

SON DƏQİQƏ

FIFPro başçısına müşavir təyininatı .Mişel Platini-UEFA-nın sabiq prezidenti.

22-01-2020, 19:29

FIFPro başçısına müşavir təyininatı .Mişel Platini-UEFA-nın sabiq prezidenti.
Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) sabiq başçısı Mişel Platini Futbolçuların Beynəlxalq Həmkarlar İttifaqının (FIFPro) prezidenti Filip Pyanın müşaviri vəzifəsinə təyin edilib. Bu barədə məlumatı Assoşieyted Press Agentliyi yayıb.

Axin.az xəbər verir ki, Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) vitse-prezidenti vəzifəsini də tutan Platini 2015-ci ilin sonunda FIFA-nın etika komitəsi tərəfindən futbol fəaliyyətindən uzaqlaşdırılıb. Uzaqlaşdırma müddəti ötən ilin oktyabrında başa çatıb.

Pya deyib: “Platini unikal ünsiyyət vərdişlərinə, biliklərə malikdir. O, vacib adamdır. Onu dinləyəcəklər. Mən onu 1972-ci ildən tanıyıram. O, UEFA-nın prezidenti olanda, öz ideyalarını həyata keçirə bilirdi. Mişel Platini olduğuna görə onu ən yüksək səviyyədə dinləyirdilər”.

FIFA-ya 1998-ci ildən rəhbərlik edən Yozef Blatterin 2011-ci ildə qurumun vəsaitindən 2 milyon İsveçrə frankını Platininin hesabına köçürməsi onun kənarlaşdırılması üçün əsas olub. Platini FIFA-nın etika komitəsinin arbitraj palatası tərəfindən 8 il müddətinə futbol fəaliyyətindən kənarlaşdırılıb. 2016-cı ilin fevralında FIFA-nın apellyasiya komitəsi həmin müddəti azaldaraq 6 ilə endirib. Sonralar məmur İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya şikayəti verib. CAS isə diskvalifikasiya müddətini azaldaraq 4 ilə endirib.

FIFPro-ya futbolçuların 63 həmkarlar ittifaqı daxildir. mənbə TASS agentliyi


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829 
DÜNYA